top of page
Search
  • Writer's pictureElnur Shikhaliyev

DİYETİK QİDALANMANIN.....

Updated: Dec 6, 2021

Nə üçün artıq piylərinizi əridmək istəyirsiz? Daha yüngül çəki kateqoriyasına keçmək üçün? Bodibildinq üzrə yarışa hazırlaşmaq üçün? İdman nəticələrinizi yaxşılaşdırmaq üçün? Daha gözəl görünmək üçün? Bütün bu məqsədlər gözəldir. Və bu məqsədlərə çatmaq üçün bir çox üsullar var. Bu üsullardan ən populyar və ən az təzlükəsiz olanlar – crash-diyeta və dəbdə olan monokomponentli diyetalardır.
Crash-diyeta rasionda kalori qəbulunun kəskin şəkildə azaldılmasını nəzərdə tutur, təxminən 800 kaloriyə qədər və daha az. Nəticələr adətən radikal olur
Yağlarla birlikdə bədəndən su və əzələ kütləsi itirilir. Əgər 20 gün ərzində siz 9 kg itirmisinizsə, bunun 2,5-4,5 kg sudur, qalan hissəsi isə əzələ və yağlardır. Siz qısa müddət ərzində çox çəki itirirsiz, ancaq heçnə qazanmırsız.
Oksigen qəbulu və istifadə imkanlarını kəskin şəkildə azalacaq. Əzələ hüceyrələriniz oksigeni daha az qəbul edəcəklər, buda yağların əridilməsinə və enerji kimi istifadəsində maneə yaradacaq.
Güc göstəriciləri azalacaq. Bu ən böyük mənfi cəhətdir, əgər sizə güc və dözümlülük lazımdırsa və məşqdən sonra özünüzü yorulmuş hiss etmək istəmirsizsə.
Maddələr mübadiləsi pozulacaq. Crash-diyetalar metabolik prosesləri kəskin şəkildə zəiflədir.
Qısa desək crash-diyetalardan istifadə edən insanların 95-99% 1 il ərzində eyni çəkkiyə və daha artıq çəki səviyyəsinə qayıdırlar.
Monokomponentli diyetalar - qida qəbulu planları hansılar ki bir qida məhsullarından tamam rasiondan çıxardıb və başqa qıda məhsullarına isə üstünlük verirlər. Belə diyetalar heçdə crash diyetalardan yaxşı deyil. Əsas problem ondadır ki bu halda qida qəbulunda balans itir, və orqanizmdə bir neçə vacib nutriyentlərin çatışmamazlıqı yaranır. 11 populyar diyet növlərinin analizi təsdiqlədi ki bu diyetalarda bir neçə vacib nutriyentlər çatışmır, B qrup vitaminləri, kalsium, dəmir, sinq və s.
Nümunə kimi ən geniş yayılan, əsasəndə ağırlıq qaldıran idmançılar arasında, zülal diyetaların götürək. Və bu diyetaların populyar olduğuna təəcüblənmək lazım deyil, çünki həqiqətən zülal diyetası zamanı kifayət qədər effektiv olur. Ancaq diyeta bitdikdən sonra hər şey olduğu yerə qayıdır. Bununda səbəbi odur ki zülal üzərində qurulan diyetaların çox hissəsi bədəndən suyu demək olar ki sovurur. Buda öz növbəsində yorğunluq, enerjinin və konsentrasiyanın azalmasına gətirib çıxar
Ona görə qida qəbulu balansdırılmış və individual qaydada seçilməlidir. Eyni zamanda sizə yağların əridilməsində və gözəl nəticələr verən xüsusi məşq planları və qida strateqiyaları var, hansılar ki optimal miqdarda zülal, karbohidrat, faydalı yağların qəbulu nəzərdə tuturlar. Ancaq başlamazdan əvvəl sizə məqsədlərinizi dəqiq müəyyənləşdirmək lazımdır. Bu haqda növbəti məqaləmizdə danışarıq.



10 views0 comments

Recent Posts

See All
bottom of page