




"İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir". Heydər Əliyev

HAQQINDA
INBA Qlobal Azərbaycan birliyi

INBA Qlobal Azərbaycan birliyi 2019 -cu ildə INBA Global (Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının) prezidenti cənab Denny Kakos və INBA Global European (Avropa Natural Bodibildinq və Fitnes Assosiasiyasının) prezidenti cənab Viliam Rigonun qərarına əsasən təsis olunmuşdur.Digər müvafiq qərara əsasən INBA Qlobal Azərbaycan birliyinin prezidenti vəzifəsinə Elnur Şıxəliyev təyin olunmuşdur.INBA Qlobal Azərbaycan birliyinin fəaliyyəti bütün Azərbaycan ərazisini əhatə edir. Birlik Azərbaycan respublikasının bədən tərbiyəsi və idman haqqında qanununa, Qeyri -hökumət təşkilatları haqqında qanuna, digər normativ hüquqi aktlara və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının əsasnaməsinə əsasən fəaliyyət göstərir.
INBA Qlobal Azərbaycan birliyinin əsas məqsədi dövlətimizin uğurlu idman və antidopinq siyasətinə dəstək olmaq, sağlam həyat tərzinin təbliğ etmək, yeniyetmə və gəncləri istifadəsi qadağan olunmuş preparatlardan uzaq tutmaq, idmançılar arasında sağlam rəqabəti təmin etmək, idmanda zorakılığa qarşı mübarizə aparmaq, beynəlxalq arenalarda himnimizi səsləndirmək və bayrağımızı ucaltmaqdır.

Elnur Şıxəliyev
prezident
INBA/PNBA Qlobal Azərbaycan və Qələbə ağır atletika idman klubunun prezidenti, QoldMasters pha klub mmc, GFHC Fitnes akademiyasının və Refleks idman reabilitasiyası və arıqlama mərkəzinin direktorudur. Beynəlxalq dərəcəli idman ustası və hakimdir.
Ali təhsilli həkim

Kamil Əliyev
vitse - prezident
INBA/PNBA Qlobal Azərbaycan və Qələbə ağır atletika idman klubunun vitse - prezidenti, AKK Promotion mmc - in direktoru, Roof - fitness və Fit lady fitnes mərkəzinin, Knochout boks klubunun təsisçisidir.
Ali təhsilli iqtisadçı


Pəri Quliyeva
kids fitnes üzrə məşqçi
INBA/PNBA Qlobal Azərbaycan birliyinin kids fitnes üzrə məşqçisi
Akrobatika üzrə Dünya Kuboku ikincisi
Avropa çempionatının finalçısı
12 qat Azərbaycan çempionu

Vurğun Mütəllimov
mətbuat və informasiya üzrə menecer
INBA/PNBA Qlobal Azərbaycan birliyinin mətbuat və informasiya üzrə meneceri
INBA Azərbaycan çempionatının finalçısı

Aytac Şirinova
məşqçı
INBA/PNBA Qlobal Azərbaycan birliyinin qızlardan ibarət komandasının məşqçısı
Qidalanma üzrə mütəxəssis

Kərim Məmmədov
məşqçi
INBA/PNBA Qlobal Azərbaycan birliyinin yeniyetmə və gənclərdən ibarət komandasının məşqçisi
INBA Azərbaycan çempionatının mütləq qalibi
Iron Muscle milli çempionatın mütləq qalibi
Land of Fire Natural Cup çempionatının mütləq qalibi
